OTEL SİYASƏTLƏRİ:

  • Ev Heyvanları ilə bağlı Siyasət; Ev heyvanlarımızı otelə gətirə bilərik?

Bələdçi heyvanlardan başqa digər ev heyvanlarının otelə daxil edilməsinə icazə verilmir.

  • Hansı ləğvetmə siyasətləriniz var?

Ləğvetmə siyasətlərimiz ilə tanış olmaq üçün, zəhmət olmasa bu keçiddən istfadə edin.

  • Məxfilik siyasəti

Məxfilik siyasətlərimiz ilə tanış olmaq üçün,zəhmət olmasa bu keçiddən istfadə edin.

  • Siqaret Çəkməklə bağlı Siyasət; Otelin daxilində siqaret çəkə bilərəm?

Heç bir otaqda siqaret çəkməyə icazə yoxdur. Bütün qonaqların rahatlığı üçün bayırda kül qabılar təchiz edilib, siqaret çəkmək istəyən şəxslər siqareti həmin yerlərdə çəkməlidir. 

OTAQDA ƏLAVƏ XİDMƏTLƏR:

  • Hər otaqda Wi-Fi var?

Otelin bütün hissələrində yüksək sürətli simsiz internet təmin edilir.

  • Bütün otaqlarda əlil arabası üçün keçid var?

Otaqların heç birində əlil arabası üçün keçid yoxdur.

  • İki nəfərlik otaqda üçüncü adam üçün əlavə çarpayı istəyə bilərəm?

Siz yalnız rezervasiya zamanı müəyyənləşdirdiyiniz təqdirdə otağınız üçün əlavə çarpayı istəyə bilərsiniz.

  • Otaqda əlavə xidmət və ya hədiyyələr təşkil etdirə bilərəm?

Bəli, qonaqların yataq otaqlarında yerləşdirilə bilən müxtəlif qarşılama hədiyyələri təqdim edirik. Xahiş edirik, ətraflı məlumat üçün qeydiyyat masası ilə əlaqə yaradın.

  • Oteldə uşaqlar üçün çarpayı mövcuddur?

Otaqların əksəriyyətində bir uşaq çarpayısını əlavə ödənişsiz təmin edə bilərik. Lakin uşaq çarpayılarının sayı məhduddur.

  • Qonaqların otaqlarında saç qurutma feni mövcuddur?

​​​​​​​Bəli, bütün yataq otaqları pulsuz istifadə üçün bir saç qurutma feni ilə təchiz edilib.

OTEL MƏLUMATLARI:

  • Otelə giriş vaxtı nə vaxtdır?

​​​​​​​Qonaqlardan saat 14:00-da otelə gəlmələri gözlənilir. Mümkün olduqda sizi məmnuniyyətlə otağınıza daha erkən yerləşdirə bilərik.

  • Oteldən çıxış vaxtı nə vaxtdır?

​​​​​​​Çıxış vaxtı 12:00-dur. Mümkün olduqda vaxt uzadıla bilər, lakin bu hal əvvəlcədən bildirilməlidir.

  • Səhər yeməyi nə vaxt servis edilir?

​​​​​​​Səhər yeməyi 07:00-dan 10:00-a qədər servis edilir.

  • Qəlyanaltı nə vaxt servis edilir?

Qəlyanaltı yalnız həftə içi 12:00-dan 15:00-a qədər servis edilir.

  • Nahar nə vaxt servis edilir?

Oteldə açıq bufet mövcud deyil, lakin qonaqlar alakart menyumuzdakı təamlardan dada bilərlər.

  • Avtomobillərimizi harada park edə bilərik?

İstənilən növ nəqliyyat vasitəsinə uyğun gələn geniş parkinq ərazimiz mövcuddur.

  • Oteldə kondisioner mövcuddur?

​​​​​​​Bəli, otelimiz kondisionerlərlə təchiz edilib.

  • 24-saat otaq servisiniz mövcuddur?

​​​​​​​Bəli, 24-saat otaq servisi təmin edə bilərik.

  • Oyatma Zəngləri

​​​​​​​Qeydiyyat masasındakı əməkdaşlarımız tərəfindən sizin üçün oyatma zəngləri təşkil edilə bilər. Xahiş edirik, bu xidmət üçün qeydiyyat masası ilə əlaqə yaradın.

  • Məkan

​​​​​​​Heydər Əliyev prospekti 2, Bakı, AZ 1154. Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 40 dəqiqəlik məsafə